Almaniya Türkiyəni bu ölkəyə DƏYİŞDİ - VİDEO

Almaniya Türkiyəni bu ölkəyə DƏYİŞDİ - VİDEO
14:13 7 İyun 2017
77 Dünya
Ölkə mətbuatı
A- A+

Almaniya hökuməti 260 alman əsgəri və “Tornado” kəşfiyyat təyyarələrinin İncirlik bazasından geri çəkilməsini nəzərdə tutan planı təsdiqləyib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, alman gücləri İordaniyaya yerləşdiriləcək.

Qeyd edək ki, Almaniyanın xarici işlər naziri Ziqmar Qabrielin mayın 5-də Ankaraya səfərində İncirlik bazası ilə razılıq əldə olunmayıb. Alman diplomat artıq Türkiyə Xarici İşlər Nazirliyinin başçısı Mövlud Çavuşoğlu ilə danışıqlar aparıb. Məlum olub ki, Ankara alman deputatların İncirlik təyyarə bazasına baş çəkməsinə hələ razı deyil.

Almaniya xarici işlər naziri görüşdən sonra İncirlikdən çıxacaqlarını açıqlamışdı.

Ömər


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/201670.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR