"Səma" rəqs ansamblının hesabat konserti keçirilib

"Səma" rəqs ansamblının hesabat konserti keçirilib
14:15 7 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

İyunun 6-də Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə R.Behbudov adına Dövlət Mahnı Teatrında “Səma” rəqs ansamblının hesabat konserti keçirilib.

Aparıcı Humay Muxtarova konsert proqramını açıq elan edərək, “Səma” rəqs ansamblının il ərzində qazandıqları nailiyyətlərdən danışıb. Daha sonra video-çarx nümayiş olunub.

Konsertdə Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin əməkdaşları, Xətai rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər üzrə şöbə müdiri Pənah İmanov, Xətai rayon Gənclər və İdman İdarəsinin əməkdaşları və digər qonaqlar iştirak ediblər.

Konsert proqramında rəqs ansamblının ifasında Azərbaycan rəqsləri ilə yanaşı, dünya xalqlarının rəqsləri də nümayiş olunub. Həmçinin tanınmış müğənnilər Aysel Əlizadə, Orxan Babazadə, Leyla Ramazanlı, Yaşar Yusub, Əbdül Xalid və duet ortağı Səbuhi, Sami Oruc, Samirə Əfəndi, Könül Məmmədli və Nihad Məlikin ifalarında səslənən mahnılar tədbir iştrakçıları tərəfindən alqışlarla qarşılanıb.

Sonda ansamblın bədii rəhbəri Səma Sadıxova “Səma” rəqs ansamblının il ərzində tədbirlərdə fəal iştirakına görə İdarənin Fəxri Fərmanı ilə təltif olunub.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/culture/2763789.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR