Olimpiya çempionu yalana görə intihar etmək istədi

Olimpiya çempionu yalana görə intihar etmək istədi
14:37 7 İyun 2017
53 İdman
Ölkə mətbuatı
A- A+

"Rio-2016" çərçivəsində əşyaları oğurlandığını deyən ABŞ-lı üzgüçü Ryon Lohte kameralara baxış sonrası yalanı üzə çıxmışdı.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 32 yaşlı idmançı ESPN-ə açıqlamasında 10 aylıq idmandan uzaqlaşdırma cəzasının çətin keçdiyini bildirib:

"Rio-2016"dan sonra dünyanın ən nifrət edilən insanına çevrildim. Ağladığım və düşüncələr içində məhv olduğum günlər oldu. İntihar etməyi belə düşündüm. Uzun bir yuxuya gedib, bir daha ayılmamağı istədim".

Olimpiya oyunlarının 6 qat çempionu rəfiqəsi Keyli Rayın hamilə olduğunu öyrəndikdən sonra yenidən yaşamaq istəyi gəlib: "Keylinin hamilə olduğunu biləndən sonra atalıq hisləri9m oyandı. Bütün pis fikirləri geridə buraxdım. Bu qarşıma yeni hədəflər qoymağımı şərtləndirdi. "Tokio-2020"-də iştirak edib ölkəm üçün medallar qazanmaq istəyirəm". 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/552044.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR