İranın xarici işlər naziri bu gün Türkiyəyə səfər edəcək

İranın xarici işlər naziri bu gün Türkiyəyə səfər edəcək
14:37 7 İyun 2017
49 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 7 iyun. REPORT.AZ/ İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bu gün Türkiyə paytaxtına səfər edəcək.
"Report" NTV telekanalına istinadən xəbər verir ki, səfər zamanı XİN başçısı Qətər böhranı ilə bağlı müzakirələr aparacaq.
İranın xarici işlər naziri həmçinin türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə digər regional məsələləri müzakirə edəcək.
Xatırladaq ki, iyunun 5-də Misir, Səudiyyə Ərəbistanı, Bəhreyn və Birləşmiş Ərəb Əmirlikləri Qətəri terror təşkilatlarına dəstək verməkdə və Yaxın Şərqdə sabitliyi pozmaqda ittiham edərək Doha ilə diplomatik əlaqələri kəsib. Qətərin XİN başçısı Dohanın cavab tədbirləri atmayacağını bildirib.

Xəbərin orijinal ünvanı: https://report.az/region/i-ranin-xarici-isler-naziri-bu-gun-turkiyeye-sefer-edecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR