Gələn həftə Trabzon-Bakı aviareysi açılacaq

Gələn həftə Trabzon-Bakı aviareysi açılacaq
14:42 7 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 7 iyun. REPORT.AZ/ İyunun 17-dən etibarən Bakı-Trabzon-Bakı aviareysi ilə təyyarə uçuşları başlayacaq. 
“Report” türk mediasına istinadən xəbər verir ki, uçuşları Türkiyənin “Onur Air” şirkəti həyata keçirəcək.
Trabzondan Bakıya uçuş yerli vaxtla saat 01:00-da, Bakıdan Trabzona uçuş isə isə yerli vaxtla saat 04:00-da reallaşacaq. 
Türkiyə turizm şirkətlərindən birinin rəsmisi Kadir Baydur deyib ki, Bakı Rusiya və digər türk dövlətlərinə uçuşlar üçün tranzit baxımından sərfəlidir : "Türkiyənin şərqindəki ölkələr daxil olmaqla Bakı vasitəsi ilə 38 şəhərə uçuşlar həyata keçirmək imkanı var”.

Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/gelen-hefte-trabzon-baki-aviareysi-acilacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR