Almaniya hərbi kontingentini Türkiyənin "İncirlik" bazasından çıxarmaq qərarına gəlib

Almaniya hərbi kontingentini Türkiyənin "İncirlik" bazasından çıxarmaq qərarına gəlib
14:47 7 İyun 2017
67 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 7 iyun. REPORT.AZ/ Almaniya hökuməti hərbi kontingentini Türkiyənin "İncirlik" bazasından çıxarmaq qərarına gəlib.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, Almaniya Müdafiə Nazirliyinin planına əsasən, 260 hərbi personal, "Tornado" təyyarəsi və yanacaqdolduran təyyarə İordaniyadakı "Əl-Əzraq" aviabazasına köçürüləcək.
Köç təxminən iki ay vaxt aparacaq, bu müddətdə təyyarələrin uçuşu ləğv ediləcək. Köçün dəqiq nə vaxt başlanacağı, eləcə də uçuşların planlaşdırılması NATO tərəfdaşları ilə razılaşdırılacaq.
Hərbçilərin "İncirlik"dən çıxarılması ilə bağlı yekun qərarı Almaniya Bundestaqı qəbul etməlidir.
Qeyd edək ki, Almaniyanın "Tornado" təyyarələrinin İordaniyaya daşınması Almaniyanın Türkiyədəki digər - AWACS təyyarələrinin olduğu aviabazada kontingentinin yerləşdirilməsinə təsir etməyəcək. Çünki həmin aviabazası NATO-ya məxsusdur.

Xəbərin orijinal ünvanı: https://report.az/region/almaniya-herbi-kontingentini-turkiyenin-i-ncirlik-bazasindan-cixarmaq-qerarina-gelib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR