"Azərbaycan millisini ciddi qəbul etməliyik"

"Azərbaycan millisini ciddi qəbul etməliyik"
14:57 7 İyun 2017
61 İdman
Ölkə mətbuatı
A- A+

Şimali İrlandiya millisinin hücumçusu Şey Makkartan açıqlama verib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, İngiltərə çempionatının aşağı dəstəsində mübarizə aparan  "Ackrinqton Stenley"də çıxış edən futbolçu millimizlə bunları deyib: 

"Biz qrupda ikinciyik və bu pillədə də qalmaq istəyirik. Buna görə Azərbaycanla matç bizim üçün önəmlidir. Bu komandanı ciddi qəbul etməliyik. Bakıda isti hava şəraiti olacaq. Ona görə də hazırda Türkiyədə təlim-məşq toplanışı keçməyimiz yaxşı haldır. Çünki bu, bizə iqlimə tez uyğunlaşmaq imkanı verəcək. Özümü oyuna hazır hesab edirəm Meydana çıxıb komandama kömək etməyə hər zaman hazıram".

Şimali İrlandiya - Azərbaycan oyunu iyunun 10-u, saat 20:00-da  Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/552065.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR