Daha üç yaşayış məntəqəsinə ilk dəfə təbii qaz verilib

Daha üç yaşayış məntəqəsinə ilk dəfə təbii qaz verilib
15:08 7 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Bu gün Xaçmaz rayonunun Tel, Xanoba və Yaquboba kəndlərinə ilk dəfə təbii qazın verilməsi münasibəti ilə tədbir keçirilib.

“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, tədbirdə rayon İcra Hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bildirilib ki, 170 abonenti olan Tel kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 9 407 metr müxtəlif diametrli polietilen və ümumi uzunluğu 11 096 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş,hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Həmçinin 306 abonenti olan Xanoba kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 2 500 metr müxtəlif diametrli polietilen və ümumi uzunluğu 17 671 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, mənzillərə 306 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

58 abonenti olan Yaquboba kəndinin qazlaşdırılması üçün isə birpilləli sistem əsasında ümumi uzunluğu 1 382 metr müxtəlif diametrli polietilen və ümumi uzunluğu 4 095 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Hazırda Xaçmaz rayonunun Günəşli qəsəbəsində, Səlimoba və Qaracik Zeyid kəndlərində tikinti quraşdırma işləri davam etdirilir. Tezliklə tikintisi başa çatmış yaşayış məntəqələrinə də ardıcıllıqla təbii qazın verilişi təmin ediləcək.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/2763835.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR