Qrizmanndan "Real"ın müdafiəçisinə hörmətsizlik

Qrizmanndan "Real"ın müdafiəçisinə hörmətsizlik
15:12 7 İyun 2017
86 İdman
Ölkə mətbuatı
A- A+

"Atletiko"nun hücumçusu Antuan Qrizmann Fransa millisinin düşərgəsində həmyerlisi Rafael Varana hörmətsizlik edib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, komanda yoldaşları gənc müdafiəçini Çempionlar Liqasında ardıcıl 2-ci dəfə qalib olması münasibətilə təbrik etdiyi halda, Qrizmann onun əlini sıxmayıb. Daha sonra baş məşqçi Didye Deşam komandanı stol arxasında toplayıb və bunları deyib:

"Rafa da daxil olmaqla hamı burdadır. Təbrik edirəm, sən 3-cü dəfə ÇL-da qalib olmusan". Hər kəs alqışlasa da, Qrizmann yenə buna reaksiya verməyib.

Qeyd edək ki, ötən mövsüm Çempionlar Liqasının yarımfnalında "Real" məhz "Atletico"nu mübarizədən kənarlaşdırmışdı.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/552051.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR