İran DİN başçısının müavini: "Hücumlar zamanı 2 nəfər ölüb, 34 nəfər yaralanıb"

İran DİN başçısının müavini: "Hücumlar zamanı 2 nəfər ölüb, 34 nəfər yaralanıb"
15:17 7 İyun 2017
47 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 7 iyun. REPORT.AZ/ "İran parlamentinə və Tehranda ayətullah Xomeyninin məqbərəsinə edilən hücumlar nəticəsində 2 nəfər ölüb, 34 nəfər yaralanıb".
"Report" İran KİV-inə istinadən xəbər verir ki, bunu İranın daxili işlər nazirinin müavini Hüseyn Zülfüqari deyib.
Onun sözlərinə görə, bütün təhlükəsizlik xidmətləri yeni terror hücumunun qarşısını almaq üçün yüksək döyüş hazırlığına gətirilib.
Nazir müavini bildirib ki, İran parlamentinə hücum edən terrorçular binaya əsas girişdən qadın geyimində daxil olublar.

Xəbərin orijinal ünvanı: https://report.az/region/hucumlar-zamani-2-nefer-olub-34-nefer-yaralanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR