Azərbaycanda Respublika Uşaq Birliyi Təşkilatı Rəhbərləri Məktəbinin bazasında İstedadlı Uşaqlarla İş Mərkəzi yaradılıb.
Milli.Az xəbər verir ki, Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, bununla bağlı Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin, İstedadlı Uşaqlarla İş Mərkəzinin yaradılması barədə qərar verib.
Yeni qərarla Qəbələ Peşə Məktəbi Qəbələ Turizm və Otelçilik üzrə Peşə Tədris Mərkəzi ilə birləşdirilib və onların bazasında peşə liseyi statusu ilə fəaliyyət göstərən Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi yaradılıb.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində