"Yaşayış binasındakı yanğın söndürülüb, 15 ailənin..."

Bakının Yasamal rayonu Şərifzadə 1 ünvanında, məcburi köçkünlərin yerləşdiyi binada bu gün saat 13:30 radələrində baş verən yanğında xəsarət alan olmayıb.

Bu barədə Metbuat.az-a Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev açıqlama verib.

Bildirilib ki, yanğın nəticəsində xəsarət alan olmayıb. Bir nəfər zəhərlənib. Bu haqda Prezident Adminstrasiyasına məlumat verilib. Hadisə nəticəsində 15 ailənin mənzili yanıb.

Aytən Novruzova /METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR