Rafael Ağayev: "Həyat yoldaşımla qohumların məsləhəti ilə tanış olmuşuq"

Rafael Ağayev: "Həyat yoldaşımla qohumların məsləhəti ilə tanış olmuşuq"
15:37 7 İyun 2017
72 İdman
Ölkə mətbuatı
A- A+

“Həyat yoldaşımla qohumların məsləhəti ilə tanış olmuşuq. Bir-birimizi istədik və ailə qurduq. İndiyənə kimi də xoşbəxtəm”.


Bu sözləri dünya çempionu Rafael Ağayev “100-dən 1-i” verilişində deyib. 


Karateçi qazancından söz açıb: “Elə zamanlar olub ki, evimizdə bir çörək tapmamışıq bölüb yeyək. Kasıb ailədə böyümüşəm. İndi qazanıram, ailəliyəm. Gələcəkdə balalarım üçün gün ağlamağa çalışıram. 7 yaşımdan idmandayam, ilk maaşım 100 dollar olub. Heç vaxt böyük məbləğdə pul xərcləmirəm. Özümə lazım olan qədər götürür, qalanını valideynlərimə verirəm. İnsan gərək keçmişini unutmasın”.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-rafael-aayev-quothyat-yoldamla-qohumlarn-mslhti-il-tan-olmuuqquot-t58579.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR