Ramazan fətvasının tələblərini pozan din xadimi işdən azad edilib

Ramazan fətvasının tələblərini pozan din xadimi işdən azad edilib
15:42 7 İyun 2017
37 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 7 iyun. REPORT.AZ/ Ağdaş rayonu Qobuüstü kənd məscidinin dini ayinlər icraçısı Nurməhəmməd Rəsul oğlu Məmmədov tutduğu vəzifədən azad edilib.
Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) "Report"a verilən məlumata görə, din xadimi QMİ Qazılar Şurasının müqəddəs Ramazan ayı ilə bağlı 24.05.2017-ci il tarixli fətvasının tələblərini kobud şəkildə pozduğu üçün işindən kənarlaşdırılıb.
QMİ sədri, şeyxülislam Hacı Allahşükür Paşazadə bununla bağlı müvafiq əmr imzalayıb. 

Xəbərin orijinal ünvanı: https://report.az/din/ramazan-fetvasinin-teleblerini-pozan-din-xadimi-isden-azad-edilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR