Azərbaycanda daha üç yaşayış məntəqəsinə ilk dəfə təbii qaz verilib

Azərbaycanda daha üç yaşayış məntəqəsinə ilk dəfə təbii qaz verilib
15:47 7 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 7 iyun. REPORT.AZ/ Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi Xaçmaz rayonunun Tel, Xanoba və Yaquboba kəndlərinə ilk dəfə təbii qaz verib.
İB-dən “Report”a verilən məlumata görə, bu münasibətlə keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin və “Azəriqaz”ın təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Bildirilib ki, 170 abunəçisi olan Tel kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 9 407 metr müxtəlif diametrli polietilen və ümumi uzunluğu 11 096 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Həmçinin 306 abunəçisi olan Xanoba kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 2 500 metr müxtəlif diametrli polietilen və ümumi uzunluğu 17 671 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, mənzillərə 306 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.
58 abunəçisi olan Yaquboba kəndinin qazlaşdırılması üçün isə birpilləli sistem əsasında ümumi uzunluğu 1 382 metr müxtəlif diametrli polietilen və ümumi uzunluğu 4 095 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Hazırda Xaçmaz rayonunun Günəşli qəsəbəsində, Səlimoba və QaracikZeyid kəndlərində tikinti quraşdırma işləri davam etdirilir. Tezliklə tikintisi başa çatmış yaşayış məntəqələrinə də ardıcıllıqla təbii qazın verilişi təmin ediləcək. 




Xəbərin orijinal ünvanı: https://report.az/energetika/azerbaycanda-daha-uc-yasayis-menteqesine-ilk-defe-tebii-qaz-verilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR