Toni Adams "Arsenal"ın Məsut Özili transfer etməsinə qarşı çıxıb

Toni Adams "Arsenal"ın Məsut Özili transfer etməsinə qarşı çıxıb
16:07 7 İyun 2017
82 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 7 iyun. REPORT.AZ/ "Qəbələ"nin sabif futbolçusu Toni Adams uzun illər formasını geyindiyi İngiltərənin "Arsenal" klubunun transfer siyasətini tənqid edib. 
"Report"un məlumatına görə, bu barədə Adams "Evening Standard"a açıqlama verib.
Əlli bir yaşlı mütəxəssis bildirib ki, "topçular" 2013-cü ildə İspaniya "Real Madrid"indən Məsut Özili almamalı idilər. Onun fikrincə, Almaniya yığmasının türk əsilli yarımmüdafiəçisinin transferi eyni gücə malik Cek Uilşir üçün təhqir olub: "Uilşirin yerində olsaydım, "Arsenal"ın baş məşqçisi Arsen Vengerə zəng edərək deyərdim: "Mənimlə eyni səviyyədə oyun sərgiləyən futbolçuya hansı əsasla 45 milyon avro xərcləyirsən?"
Qeyd edək ki, Toni Adams 2010-cu il mayın 11-dən 2011-ci ilin noyabrınadək "Qəbələ"də baş məşqçi, sonralar isə klub prezidentinin müşaviri və futbol direktoru vəzifələrində çalışıb. Onun son iş yeri İspaniya "Qranada"sı olub. Futbolçu kimi isə Adams bütün karyerası boyunca - 1982 - 2002-ci illərdə "Arsenal" formasını geyinib.  

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/toni-adams-arsenal-in-mesut-ozili-transfer-etmesine-qarsi-cixib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR