Ekspert: İrandakı terror aktları regionda gərginliyi artıracaq

Ekspert: İrandakı terror aktları regionda gərginliyi artıracaq
16:15 7 İyun 2017
57 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Ləman Zeynalova - Trend:

İrandakı terror aktları regionda gərginliyi artıracaq.

Bunu Trend-ə “Novaya Rossiya” hərəkatının lideri, politoloq, ictimai xadim Nikita İsayev deyib.

Onun sözlərinə görə, İran region üçün çox vacib dövlətdir: “İran təkcə Yaxın Şərq üçün yox, həm də Qafqaz regionu üçün çox vacibdir. Təbii ki, İrandakı terror təhlükəsi bu regiondakı stabilliyi də təhdid altında qoyur”.

Ekspert hesab edir ki, İranda terror fəaliyyəti güclənəcək: “Öz növbəsində İran bu fəaliyyətə cavab verəcək, bu isə region üçün kifayət qədər təhlükəlidir”.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/politics/2763865.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR