Bu qarışıq xərçəngdən qoruyur

Tərkibi faydalı maddələrlə zəngin olan zəncəfil və yerkökü birlikdə möcüzə yaradır.

Metbuat.az xəbər verir ki, zəncəfilli yerkökü suyu min dərdin dərmanıdır. Xalq təbabətində istifadə edilən bu möcüzəvi qarışıq bir çox xəstəliyin dərmanıdır.

Qarışığın tərkibi:

4-5 ədəd yerkökü

3 sm qədər zəncəfil

Yarım limon

Darçın

Yerkökünü yuyub qabıqlarını soyun. Zəncəfilin də qabıqlarını soyub hər ikisini meyvə sıxacağına atın. Hazırlanan suyu stəkana tökün. Üzərinə yarım limon suyu sıxın. Zövqə görə darçın və ya duz da əlavə edə bilərsiniz.

Zəncəfilli yerkökü suyunun faydaları nələrdir?

İmmunitet sistemini gücləndirir

Bədənin müqavimət gücünü artıran zəncəfilli yerkökü suyu xüsusilə, uşaqlar və yaşlılar üçün çox faydalıdır. Yerkökünün tərkibindəki A və C vitaminləri immunitet sistemini gücləndirir.

Xərçəngin qarşısını alır

Zəncəfilli yerkökü suyu təbii antioksidant olduğu üçün xərçəngə qarşı qoruyur. Zəncəfil isə yumurtalıq, mədəaltı vəzi, bağırsaq, döş, dəri kimi xərçəng növlərinə qarşı mübarizə aparır.

Həzm problemlərini azaldır

Əgər həzm sistemi ilə bağlı sağlamlıq probleminiz varsa, zəncəfilli yerkökü suyu köməyinizə çatacaq. Həm yerkökü, həm də zəncəfil həzm sistemi və bağırsağın fəaliyyəti baxımından faydalı qida maddələri ilə zəngindir. Sadəcə yerkökü suyu içməklə qəbizlikdən xilas ola bilərsiniz. Zəncəfil isə mədənin təmizlənməsinə yardımçı olur. Ondan mədə bulantısı zamanı istifadə edirlər.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR