Fransalı senator: Terror hücumları İran rəmzlərinə yönəlib

Fransalı senator: Terror hücumları İran rəmzlərinə yönəlib
16:29 7 İyun 2017
59 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Emil İlqar, Elmira Tariverdiyeva - Trend:

Terror hücumları İran hökumətinə və İranda demokratiyanın rəmzlərinə yönəlib.

Bunu Trend-ə Fransa Senatının xarici işlər komitəsinin sədr müavini Natali Qule deyib.

Onun sözlərinə görə, İran Körfəz regionunda demokratik parlamenti olan yeganə dövlətdir.

Senator qeyd edib ki, İran rejiminin rəmzi (Xomeyni məqbərəsi) və siyasi sistemin rəmzinə (parlament) qarşı planlanmış hücumlar ölkəyə, eləcə də bütün regiona ziyan vurur.

N.Qule vurğulayıb ki, Qətərlə bağlı Yaxın Şərqdə yaranmış böhranla yanaşı bu hücumlar da regionda ziddiyyətlərin artmasına gətirib çıxaracaq.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/politics/2763873.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR