Türkiyəni şoka salacaq transfer

Türkiyəni şoka salacaq transfer
16:32 7 İyun 2017
47 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyə çempionu "Beşiktaş" problemlə üzləşib.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, İstanbul klubu icarə müqaviləsi başa çatan Vinsent Abubakarı heyətdə saxlamağa çətinlik çəkir.

Belə ki, "Portu" kamerunlu forvard üçün 10 milyon avro tələb edir. "Beşiktaş" isə bu məbləği ödəmək gücündə deyil. Ötən mövsüm Super Liqada 12 qol vurmuş futbolçu üçün rəhbərlik daha az məbləğ ödəmək niyyətindədi.

Bu arada klub prezident Fikret Ormanla baş məşqçi Şenol Günəş arasında görüş keçrilib. Baş məşqçi görüşdə Abubakarın yerinə Burak Yılmazın transferini istəyib.

Şenol Günəş "Trabzonspor"da rəhbərliyi altında oynamış və həmin vaxt ulduzu parlayaraq milli komandaya yüksəlmiş Burakı razı sala biləcəyini deyib.

Qeyd edək ki, Burak Yılmaz ötən il "Qalatasaray"dan 8 milyon avroya Çinin "Pekin Quoan" klubuna keçib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/552100.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR