Efirdə nəvələrini görən əməkdar artist ağladı - VİDEO - FOTO

Efirdə nəvələrini görən əməkdar artist ağladı - VİDEO - FOTO
16:42 7 İyun 2017
Ölkə mətbuatı
A- A+

ARB TV-nin "Gəlin danışaq" verilişinin növbət qonağı əməkdar artist, diktor Tamilla Ələkbərova olub.

Milli.Az xəbər verir ki, tanınmış diktor ailəsindən və nəvələrindən söz açıb:

"Bir nəvəm, bir nəticəm var. Nərmin qızımın qızı Aysel Londonda oxuyub, bitirib, orada ailə qurub, orada körpəsi dünyaya gəlib. Onun da adını qoyublar mənim yoldaşımın adını. Birinci adı atasının adıdı Sani, 2-cisi Hasan, yəni Həsən. Ancaq yayda görüşürük. Düzdür, 2 dəfə olmuşam. Bir uşaq dünyaya gələndə, bir də uşağın 1 yaşında. Artıq gedə bilmirəm, çox uzaqdır. Hərdən oturanda, mənə elə qüssə, qəm gəlir ki, oturub ağlayıram".

Verilişdə Tamilla Ələkbərovanın Londonda yaşayan nəvələri onun haqda xoş sözlər söyləyiblər: 
"Biz səni çox istəyirik. Sən bizim fəxrimizsən və biz çox şadıq ki, sən bizim nənəmizsən. Sənin üçün çox darıxmışıq və səni çox istəyirik".

Nəvələrinin ürək sözlərini eşidən əməkdar artist göz yaşlarını saxlaya bilməyib:
"Mənə bundan yaxşı hədiyyə ola bilməzdi. Söz tapa bilmirəm. Birincisi Fatimə idi. Burada oxuyur və əlaçıdı. Uşağıyla olan Aysel Londonda 2 magistraturanı əla qiymətlərlə bitirib. Bütün dünyada çətindir axı iş məsələsi, amma onu götürüblər işə. Sizə qurban olum mən. Bir dənə Musadan ala bilmədiniz. Musa, ümumiyyətlə, ünsiyyəti çətindir. Musa da Londonda oxuyur. 2-ci magistraturanı bitirir. Fəxr eləyirəm. Amma uzaqdadırlar. Bircə buradakı nəvəm Fatimə ilə nəfəs alıram".

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Efirdə nəvələrini görən əməkdar artist ağladı


Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/552124.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR