Ekspert: "İrandakı terror aktları regionda gərginliyi artıracaq"

Ekspert: "İrandakı terror aktları regionda gərginliyi artıracaq"
16:42 7 İyun 2017
44 Dünya
Ölkə mətbuatı
A- A+

İrandakı terror aktları regionda gərginliyi artıracaq.

Milli.Az xəbər verir ki, bunu Trend-ə "Novaya Rossiya" hərəkatının lideri, politoloq, ictimai xadim Nikita İsayev deyib.

Onun sözlərinə görə, İran region üçün çox vacib dövlətdir: "İran təkcə Yaxın Şərq üçün yox, həm də Qafqaz regionu üçün çox vacibdir. Təbii ki, İrandakı terror təhlükəsi bu regiondakı stabilliyi də təhdid altında qoyur".

Ekspert hesab edir ki, İranda terror fəaliyyəti güclənəcək: "Öz növbəsində İran bu fəaliyyətə cavab verəcək, bu isə region üçün kifayət qədər təhlükəlidir".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/552127.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR