AMB-nin not hərracında tələb təklifi 3,6 dəfə üstələyib

AMB-nin not hərracında tələb təklifi 3,6 dəfə üstələyib
16:57 7 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 7 iyun. REPORT.AZ/ Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 50101356S saylı dövlət qeydiyyatından keçmiş, ümumi həcmi 50 mln. manat, hər birinin nominal dəyəri 100 manat, tədavül müddəti 28 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
"Report" BFB-yə istinadən xəbər verir ki, hərraca 10 investor 12 sifariş təqdim edib. 
Sifarişlərin nominal üzrə ümumi məbləği 180 mln. manat təşkil edib. Sifarişlər 99,0749 manat (12,01%) - 99,0749 manat (12,01%) qiymətində təqdim olunub. 
Notların rəqabətli sifarişlər üzrə kəsmə və orta ölçülmüş qiymətini 99,0749 manat (12,01%) səviyyəsində olmaqla AMB müəyyən edib. Notların nominal üzrə reallaşdırılmış həcmi 50 mln. manat olub. 
Qiymətli kağızların ödəmə tarixi 5 iyul 2017-ci ildir.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/amb-nin-not-herracinda-teleb-teklifi-3-6-defe-usteleyib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR