Məşhur azərbaycanlı deputatın katibi öldürüldü - VİDEO

Məşhur azərbaycanlı deputatın katibi öldürüldü - VİDEO
17:08 7 İyun 2017
69 Dünya
Ölkə mətbuatı
A- A+

İran terrorçuların parlamentə hücumu zamanı öldürülən mülki şəxslərdən biri azərbaycanlı millət vəkili Hadi Bahadurinin ofisinin katibi Həmid İmdadidir.

Bu barədə məlumatı Bəykəndi millət vəkili Osmani sosial şəbəkədə paylaşıb.

Xəbər hələ rəsmən təsdiqlənməyib.

Hadi Bahaduri İran parlamentindəki Türk Fraksiyasının aktiv üzvlərindəndir. O, parlamentdə İranda yaşayan Azərbaycan türklərinin hüquqlarının müdafiəsi ilə bağlı bir neçə ardıcıl çıxışı ilə məşhurdur.

Xatırladaq ki, İranda baş verən bugünkü terror hücumlarında 7 nəfər ölüb, 33 nəfər yaralanıb.

***

İranın "Yolpress" saytı Həmid İmdadinin qətlə yetirildiyini təsdiqləyib. (axar.az)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/201698.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR