Türkmənistan prezident əhali üçün bütün güzəştləri ləğv etməyi tapşırıb

Türkmənistan prezident əhali üçün bütün güzəştləri ləğv etməyi tapşırıb
17:17 7 İyun 2017
67 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 7 iyun. REPORT.AZ/ Türkmənistan Prezidenti Qurbanqulu Berdıməhəmmədov baş nazirin müavininə əhali üçün bütün güzəştlərin ləğv edilməsi üzrə təkliflərin hazırlanması tapşırığı verib.
Bu barədə "Report" Türkmənistan KİV-inə istinadən xəbər verir.
"Güzəştlər hamıya yox, yalnız həqiqətən sosial yardıma ehtiyacı olanlara şamil olunmalıdır", - Q.Berdıməhəmmədov iyunun 6-da keçirilən iclasda bildirib.
Qeyd edək ki, Türkmənistanda əhalinin elektrik enerjisi, qaz, duz və sudan pulsuz istifadəsinə dair qərar qərar 1993-cü ildə 10 il müddətinə qəbul edilib. 2006-cı ildə prezident Saparmurat Niyazov qanunun qüvvədə olma müddətini 2030-cu ilə qədər uzadıb.

Xəbərin orijinal ünvanı: https://report.az/region/turkmenistan-prezident-ehali-ucun-butun-guzestleri-legv-etmeyi-tapsirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR