Bir neçə saatda 6 paltar dəyişən müğənni valeh etdi - FOTOLAR

Bir neçə saatda 6 paltar dəyişən müğənni valeh etdi - FOTOLAR
17:18 7 İyun 2017
Ölkə mətbuatı
A- A+

Selena Qomes bir gündə 6 paltar dəyişməsi ilə gündəmə gəlib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, amerikalı müğənni əvvəlcə səhər şousunda iştirak edib. O, veriliş üçün narıncı paltar seçib və dərin yarıqlı donunu qara minimalist bosonojkalarla tamamlayıb. Ulduzun büsqalterdən istifadə etməməsi isə diqqətdən yayınmayıb.

Селена Гомес

Sonra Selena uzun narıncı paltarını qısa, tünd göy dona dəyişib. Paparatsilər gənc müğənnini küçələrdə gəzişərkən görüntüləyib. Belə görünür ki, müğənninin ayaqqabılarını dəyişməyə vaxtı olmayıb.

Селена Гомес

Selenanın 3-cü seçimi bu il trend olan qara kombinasiya ilə ağ maykanın vəhdəti olub. O, bu komplektdə internet-radio studiyasına təşrif buyurub.

Селена Гомес

Dünya şöhrətli ifaçı növbəti çıxış üçün üzərində tutuquşu şəkilləri və pişik aplikasiyası olan olan çəhrayı kombinezona üstünlük verib. Bu obrazı ilə Selena Amerika musiqi telekanallarının birində qonaq olub.

Селена Гомес

Telekanalın mətbuat konfransına isə müğənni ətəyi qırçınlı ağ-qara paltarda gəlib. O, obrazını əvvəlki ayaqqabılarlayla tamamlayıb. Və bütün gününü sevimli ayaqqabılarda keçirib.

Селена Гомес

Stil ikonasının final dəsti gümüşü rəngli, uzun, romantik ipək paltarı olub. Ulduzun bu paltarı seçməsi isə təsadüfi deyil. O, gərgin iş günündən sonra “The Weeknd” ləqəbli yeni sevgilisi Abel Makkonen Tesfaye ilə görüşə gedib. Reportyorlar cütlüyü italyan restoranında şam edərkən görüntüləyib.

Селена Гомес и The Weeknd

Селена Гомес

Aytən


Xəbərin orijinal ünvanı: http://publika.az/news/deb/201694.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR