Məşhur şirkətdə qadınlar zorlanırmış - ŞOK İDDİA

Məşhur şirkətdə qadınlar zorlanırmış - ŞOK İDDİA
17:18 7 İyun 2017
Ölkə mətbuatı
A- A+

Uber təcavüz iddiaları ilə bağlı aparılan araşdırma nəticəsində 20-dən çox əməkdaşını işdən çıxarıb.

Publika.az xəbər verir ki, şirkət açıqlamasında onların cinsi təcavüz, fiziki və psixoloji şiddət ətrafındakı araşdırmalara əsasən işdən azad edildiyini bildirib.

Qeyd edək ki, Uber şirkəti uzun müddətdir mədəniyyəti baxımdan uğursuzluqda ittiham edilir. Sonuncu dəfə keçmiş işçilərindən bir qadın şirkətdə başına gələnlərlə bağlı bloq yazısı ilə müzakirə mövzusuna çevrilmişdi. Şirkətə qarşı 215 təcavüz iddiası yönəldilib, bununla bağlı iki araşdırma başlamışdı.

Son vaxtlar şirkət idarəçilik sahəsində problem yaşayır. Hətta rəqib şirkət olan “Alfabet”ə aid sirləri oğurlamaqda günahlandırılan yüksək vəzifəli mühəndisini işdən qovmuşdu. Habelə Barak Obama dövründə baş prokuror Erik Holderdi şirkət mədəniyyəti ilə bağlı araşdırma aparmaq üçün işə qəbul etmişdi.

Gülxar


Xəbərin orijinal ünvanı: http://publika.az/news/ikt/201701.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR