Bakıda qadın gecə klubunda tanış olduğu kişinin 3 min manatını oğurlayıb

Bakıda qadın gecə klubunda tanış olduğu kişinin 3 min manatını oğurlayıb
17:22 7 İyun 2017
66 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 7 iyun. REPORT.AZ/ Bakıda qadın oğurluq edib.
Bu barədə “Report”a hüquq-mühafizə orqanlarından bildirilib.
Belə ki, Bakı sakini İsmayıl Qədimov paytaxtdakı gecə klublarından birində olan zaman Marina adlı qadınla tanış olub. Gecə klubundan qadınla çıxaraq başqa məkana keçən şəxs sonradan 3 min manatdan çox pulunun oğurlandığını bilib. O, dərhal polisə məlumat verib.
Polisin keçirdiyi əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Marina Pronin saxlanılıb.
Fakt üzrə araşdırmalar davam etdirilir.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bakida-qadin-gece-klubunda-tanis-oldugu-kisinin-3-min-manatini-ogurlayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR