DGK-nın sədri Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqının Baş katibi ilə görüşüb

DGK-nın sədri Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqının Baş katibi ilə görüşüb
17:32 7 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 7 iyun. REPORT.AZ/ Bu gün Tbilisidə (Gürcüstan) Ümumdünya Gömrük Təşkilatının (ÜGT) İnformasiya Texnologiyaları üzrə konfransı və sərgisində iştirak edən Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqının (IRU) Baş katibi Umberto de Pretto ilə görüşüb. 
Bu barədə “Report”a DGK-dan məlumat verilib.
Görüş zamanı A.Əliyev Azərbaycanla İRU arasındakı əlaqələrdən bəhs edib. O, IRU rəsmisini Azərbaycana rəsmi səfərə dəvət edib. 
U.Pretto isə elektron məlumat mübadiləsi məqsədilə tətbiq edilən e-TİR və e-SMR layihələri barədə danışıb, bu layihələrin artıq İran və Türkiyədə uğurla reallaşdırıldığını vurğulayıb. Baş katib adıçəkilən layihələr çərçivəsində Azərbaycanla əməkdaşlıq etməkdə maraqlı olduqlarını deyib. 

Xəbərin orijinal ünvanı: https://report.az/biznes/dgk-nin-sedri-beynelxalq-avtomobil-neqliyyati-i-ttifaqinin-bas-katibi-ile-gorusub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR