Azərbaycanlı startapçılar beynəlxalq “Startup Village” musabiqəsinin finalına yüksəliblər

Azərbaycanlı startapçılar beynəlxalq “Startup Village” musabiqəsinin finalına yüksəliblər
17:35 7 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bu gün Rusiya Federasiyasının “Skolkovo” İnnovasiya Mərkəzində keçirilən beynəlxalq “Startup Village” musabiqəsində yerli startapçılarımız Arif Mövsümzadə, Fidan Rüstəmova və Aleksey Cəfərovdan ibarət "Spinal" komandasının "Lia" layihəsi final mərhələsinə çıxıb.
 
Onlar müsabiqənin “Biotibb texnologiyaları” nominasiyasının finalçıları olublar. Bu nominasiyada həmyerlilərimiz 4 rəqiblə mübarizə aparacaq. Ümumilikdə isə, 30 ən yaxşı startap layihəsi finala vəsiqə qazanıb.
 
Xatırladaq ki, Rusiya və MDB məkanında innovativ startapların axtarışı üzrə ən böyük tədbir sayılan “Açıq İnnovasiyalar üzrə Startap Turu” cari ilin 17-18 aprel tarixlərində Bakıda baş tutub. Əsas məqsəd yüksək texnologiyalar sahəsində perspektivli və innovativ layihələrin həyata keçirilməsinə dəstək verməkdir.
 
Onu da qeyd edək ki, “Startup Village” musabiqəsi “Açıq İnnovasiyalar üzrə Startap Turu” çərçivəsində keçirilən ənənəvi tədbirdir və Avropada ən böyük startap müsabiqələrindən hesab olunur.









Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-48285-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR