VTB (Azərbaycan) kapitalın adekvatlıq əmsalını artırır

VTB (Azərbaycan) kapitalın adekvatlıq əmsalını artırır
17:43 7 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Böyüklüyünə görə Rusiyanın ikinci bankının Qrupuna daxil olan Bank VTB (Azərbaycan) 1 və 2 dərəcəli kapitalının adekvatlığı əmsalı normativini, həmçinin məcmu kapitalının 2017-ci ilin aprel ayının 1-nə olan həcmini açıqlayıb.

Bankın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, onlar 5% və 10% və 50 mln. AZN normativinə müvafiq olaraq 22,07%, 37,8% və 51,06 mln. manat həcmindədir. 2016-ci ildə inkişaf strategiyası çərçivəsində bankın səhmdarları tərəfindən əlavə vəsait ayrılması həyata keçirilmişdi.

Bankın daha əvvəl də açıqladığı hesabatda 2017-ci ilin birinci yarısında kapitalının adekvatlığı əmsalının artdığı əks olunub. Normativlərin icra edilməsi VTB Qrupu və Maliyyə bazarlarına nəzarət palatasının arasında əldə edilmiş razılaşma çərçivəsində törəmə bankına 141,8 mln. manatdan çox əlavə vəsait yatıran VTB-nin Baş ofisinin dəstəyi sayəsində mümkün olmuşdur.

Bank VTB (Azərbaycan) ASC VTB Bank ASC-nin törəmə bankıdır. Bank VTB (Azərbaycan) ASC-nin səhmdarları: VTB Bank ASC və “AtaHolding” ASC-dir. Bank VTB (Azərbaycan) ASC korporativ biznesi, kiçik və fərdi biznesi təmsil edən müştərilərə, eləcədə fiziki şəxslərə xidmət göstərir.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/economy/2763935.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR