Dünyada ən çox neft istehlak edən ölkələr açıqlanıb

Dünyada ən çox neft istehlak edən ölkələr açıqlanıb
17:52 7 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 7 iyun. REPORT.AZ/ Dünyada adambaşına neft istehlakına görə lider ölkə Cəbəllütariqdir. 
"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Energetika Agentliyinin (İEA) hesabatında bildirilir.
Məlumatda deyilir ki, Cəbəllütariqdə hər 1000 adam gündə orta hesabla 861,06 barel neft istehlak edir. Qeyd edək ki, ilk 5-liyə daxil olan ölkələr əsasən cırtdan ölkələrdir. Cəbəllütariqlə bərabər bu siyahıda Monserrat (2-ci yer), San-Pyer və Mikelon (4-cü yer), eləcə də Nauru (5-ci yer) yer alıb.
İlk 10-luqda isə ən çox adambaşına neft istehlak edən ölkələr siyahısında cırtdan ölkələrlə bərabər kiçik ölkələr də var. Belə ki, Sinqapur bu siyahıda 3-cü, Küveyt 7-ci, Birləşmiş Ərəb Əmirlikləri isə 10-cu yerdə qərarlaşıb. ABŞ, Çin, Hindistan, S.Ərəbistanı və Rusiya kimi nəhəng dövlətlər isə ilk 10-luğa daxil olmayıblar. 
Ümumiyyətlə isə, ən çox neft istehlak edən ölkələr arasında lider gündəlik 19,6 mln. barel istehlak həcmi ilə ABŞ-dır. İEA-nın hesabatına görə, Çin 11,3 mln. barel/günlə ikinci sıradadır. Yaponiya, Hindistan və Rusiya ilk 5-liyi tamamlayan ölkələrdir. Bu 5 ölkə ümumilikdə gündəlik 40 mln. barel neft istehlak edir. 

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/dunyada-en-cox-neft-istehlak-eden-olkeler-aciqlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR