Sabirabadda içməli su problemi...

Sabirabad rayon Sarxanbəyli kənd sakinləri içməli su problemi yaşayır.

Bu barədə kənd sakini Davud Bağırovun Metbuat.az-a ünvanladığı müraciətdə qeyd olunur ki, kənddə su problemi çoxdandır mövcuddur. Lakin son iki ildə həmin problem daha da böyüyüb:

“Yay aylarında su olmur. Ərzidə su kanalı var, amma kanala su gəlmir. Əkin sahəsi bir yana qalsın, içmək üçün su tapa bilmirik. Camaat məcbur olub maşınla su alır. Əhali əkin sahələrinin qurumaması üçün qurunt sularından istifadə etməli olur. Həmin su da duzlu olduğu üçün məhsulu məhv edir, torpağı yararsız hala salır”.

Problemlə əlaqədar Sabirabad Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. İcra hakimiyyətindən Metbuat.az-a bildirildi ki, Sabirabad rayonuna su Saatlı rayonundan gəlir. Saatlı rayonu suyu dayandırdığı üçün sözügedən ərzilərə su gəlmir.

Daha sonra Saatlı rayon İcra Hakimiyyətinin Kənd Təsərrüfatı idarəsi ilə əlaqə saxladıq. İdarədən bildirildi ki, həmin ərazi ilə bağlı problem ola bilməz:

“Biz suyun bir hissəsini Arazdan götürürük. Araz çayı azsulu çaylar sırasında olğu üçün hərdənbir problem yaşanır. Onlar isə suyu əsasən Kürdən götürür. Kürdə də həmişə su var. Bir də həmin kanllar bizim kəndin ərazisində keçir. Gələn suyu da sunizamlayıcı qurğudan götürürlər. Hazırda elə bir problem qeydə alınmayıb”.

Məsələni diqqətimizdə saxlayırıq.

Xəyalə Məmmədova / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR