İncə belə sahib olmaq istəyənlər, bu qarışıqdan yeyin

Pəhriz saxlayanlar, idmanla məşğul olanlar bir sözlə, hər kəsin məqsədi sağlam yaşamaq və incə belə sahib olmaqdır.

Metbuat.az xəbər verir ki, havalar isindikcə artıq çəki adətən, xanımların kabusuna çevrilir. Hər şeydən öncə düzgün qidalanmaq vacibdir. Mütəxəssislər deyir ki, hər gün yarım saat idmanla məşğul olun. Hər səhər 2 stəkan ilıq su için. Kalsium tərkibli qidalar yeyin. İşlənmiş qidaları həyatınızdan çıxarın. Sadaladıqlarımızla yanaşı təbii vasitələrdən istifadə edib formunuzu da qoruya bilərsiniz. Təqdim edəcəyimiz bu qarışığı bir həftə tətbiq edin.

Tərkibi:

1 ədəd xiyar

3-4 budaq semizotu

½ ədəd qabaq

1 çay qaşığı bal

1 stəkan su

Bütün məhsulları blenderdən keçirib 1 həftə boyunca günorta yeməyi əvəzinə yeyin. Nəticəni tezliklə görəcəksiniz.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR