Azərbaycan XİN İranda baş vermiş terror aktlarını pisləyib

Azərbaycan XİN İranda baş vermiş terror aktlarını pisləyib
18:12 7 İyun 2017
35 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 7 iyun. REPORT.AZ/ Azərbaycan Xarici İşlər Nazirliyi İranda baş vermiş terror aktlarını pisləyib. 
Nazirlikdən "Report"a verilən bəyanatda İran İslam Respublikasında törədilmiş qanlı terror aktları qəti şəkildə qınanılır: "Bu terror aktları nəticəsində həlak olanların ailələrinə, bütün İran xalqına və hökumətinə dərin hüznlə başsağlığı veririk. Yaralanan və xəsarət alanların tezliklə şəfa tapmasını diləyirik". 
"Terrorizmdən əziyyət çəkən dövlət kimi Azərbaycan Respublikası terrorizmin bütün forma və təzahürlərini kəskin şəkildə pisləyir. Azərbaycan Respublikası terrorizmə qarşı mübarizədə beynəlxalq ictimaiyyətin səylərini qətiyyətlə dəstəkləyir", - sənəddə qeyd olunub.

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/azerbaycan-xi-n-i-randa-bas-vermis-terror-aktlarini-pisleyib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR