Buraxılış imtahanında iştirak edəcək şagirdlərə buraxılış vərəqəsi verilir

Buraxılış imtahanında iştirak edəcək şagirdlərə buraxılış vərəqəsi verilir
18:22 7 İyun 2017
85 Ölkə
Ölkə mətbuatı
A- A+

İyunun 17-də Bakı, Sumqayıt şəhərləri, Naxçıvan Muxtar Respublikası və Abşeron rayonunda yerləşən ümumtəhsil müəssisələri, hərbi liseylər və tədris dili ingilis olan məktəblərin 9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanı keçiriləcək.

Milli.Az xəbər verir ki, Dövlət İmtahan Mərkəzindən APA-ya verilən xəbərə görə, bu gündən buraxılış imtahanında iştirak edəcək şagirdlərə "İmtahana buraxılış vərəqəsi"nin verilməsinə başlanıb. Şagirdlər https://eservices.dim.gov.az/sagirdbv/?frm=egov səhifənə daxil olaraq özlərinin imtahana buraxılış vərəqəsini, təhsil müəssisələri isə həmin təhsil müəssisəsində təhsil alan bütün şagirdlərin imtahana buraxılış vərəqələrini çap edə bilərlər.
 
Şəxsiyyəti təsdiq edən sənədində şəkil olmayan şagirdlərə buraxılış imtahanı üçün təhsil müəssisəsi tərəfindən verilməli olan arayışı da https://eservices.dim.gov.az/sagirdbv/?frm=egov ünvanından yükləmək olar.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/552167.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR