Azərbaycan XİN İranda törədilmiş terror aktlarını qınayır

Azərbaycan XİN İranda törədilmiş terror aktlarını qınayır
18:33 7 İyun 2017
39 Digər
Ölkə mətbuatı
A- A+

İran İslam Respublikasında törədilmiş qanlı terror aktlarını qəti şəkildə qınayırıq.

Bunu İranda törədilmiş terror aktları ilə əlaqədar XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Trend-ə açıqlamasında deyib.

O, bildirib: "Bu terror aktları nəticəsində həlak olanların ailələrinə, bütün İran xalqına və Hökumətinə dərin hüznlə başsağlığı veririk. Yaralanan və xəsarət alanların tezliklə şəfa tapmasını diləyirik.

Terrorizmdən əziyyət çəkən dövlət kimi Azərbaycan Respublikası terrorizmin bütün forma və təzahürlərini kəskin şəkildə pisləyir. Azərbaycan Respublikası terrorizmə qarşı mübarizədə beynəlxalq ictimaiyyətin səylərini qətiyyətlə dəstəkləyir".

Qeyd edək ki, bu gün Tehranda İran parlamentinin binasına və Xomeyninin məqbərəsinə silahlı hücumlar olub. Terror aktları nəticəsində 12 nəfər ölüb, 39 nəfər yaralanıb.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/201712.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR