Xələf Xələfov Polşaya getdi

Xələf Xələfov Polşaya getdi
19:12 7 İyun 2017
61 Ölkə
Ölkə mətbuatı
A- A+

İyunun 5-6-da xarici işlər nazirinin müavini Xələf Xələfovun rəhbərliyi ilə ölkəmizin iqtisadiyyat, nəqliyyat, energetika, müdafiə, müdafiə sənayesi, kənd təsərrüfatı və dəmir yolu sahələri üzrə səlahiyyətli dövlət qurumlarının təmsilçilərindən ibarət nümayəndə heyəti Polşada səfərdə olub.

Nazirlikdən Milli.Az-a verilən məlumata görə, səfər zamanı X.Xələfovun Polşa Prezidenti Administrasiyasının dövlət katibi, Prezident kabinetinin rəhbəri Kşıştof Şçerski və xarici işlər nazirinin müavini Bartoş Çıxotski ilə görüşləri olub. Görüşlərdə ikitərəfli münasibətlərə dair məsələlər müzakirə edilib və qarşılıqlı maraq kəsb edən məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Eyni zamanda, nümayəndə heyəti üzvlərinin Polşanın müvafiq qurumlarında görüşləri keçirilib.

Görüşlərdə Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov da iştirak edib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/552186.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR