Azərbaycanda terrorçu və terror təşkilatının anlayış dairəsi genişləndirilir

Azərbaycanda terrorçu və terror təşkilatının anlayış dairəsi genişləndirilir
19:42 7 İyun 2017
35 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanda "Terrorçuluğa qarşı mübarizə haqqında" qanuna dəyişiklik edilir.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bununla bağlı "Terrorçuluğa qarşı mübarizə haqqında" dəyişiklik edilir.
 
Layihəyə əsasən, qanunun 1-ci maddəsinin üçüncü bəndində bildirilir ki, terrorçu-hər hansı formada, birbaşa və ya dolayısı ilə, qəsdən terror fəaliyyətinin həyata keçirilməsində təşkilatçı, təhrikçi, köməkçi və icraçı qismində iştirak edən və ya bu cür aktları hazırlayan və ya onların törədilməsinə cəhd edən, habelə əvvəlcədən əlbir olan bir qrup şəxsin, mütəşəkkil dəstənin və ya cinayətkar birliyin terror fəaliyyətini həyata keçirməsinə bilə-bilə yardım göstərən fiziki şəxsdir.
 
Bəndin hazırda qüvvədə olan variantı isə belədir: "Terrorçu - hər hansı bir formada terror fəaliyyətinin həyata keçirilməsində iştirak edən şəxsdir".
 
Maddənin dördüncü bəndində təklif olunan dəyişiklikdə isə deyilir ki, "terror təşkilatı - hər hansı formada, birbaşa və ya dolayısı ilə, qəsdən terror fəaliyyətinin həyata keçirilməsində təşkilatçı, təhrikçi, köməkçi və icraçı qismində iştirak edən, terror aktını hazırlayan və ya onların törədilməsinə cəhd edən, habelə əvvəlcədən əlbir olan bir qrup şəxsin, mütəşəkkil dəstənin və ya cinayətkar birliyin terror fəaliyyətini terror fəaliyyətini həyata keçirməsinə bilə-bilə yardım göstərən terrorçu şəxslərin qrupu və ya öz fəaliyyətində terrorçuluqdan istifadəni mümkün hesab edən təşkilatdır".
 
Bəndin hazırda qüvvədə olan variantı isə belədir: "terror təşkilatı - terror fəaliyyətinin həyata keçirilməsi məqsədilə yaradılan və ya öz fəaliyyətində terrorçuluqdan istifadəni mümkün hesab edən təşkilatdır. Əgər struktur bölmələrindən biri təşkilatın hər hansı bir rəhbər orqanının razılığı ilə terror fəaliyyəti ilə məşğuldursa, həmin təşkilat terror təşkilatı hesab edilir".
 
Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və iyunun 13-də müzakirəyə çıxarılacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/552190.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR