İran hədəfi göstərərək qisas SÖZÜ VERDİ

İran hədəfi göstərərək qisas SÖZÜ VERDİ
19:43 7 İyun 2017
105 Dünya
Ölkə mətbuatı
A- A+

İran İnqilabı Keşikçilər Korpusu (SEPAH) Tehranda təşkil edilən hücumlara görə Səudiyyə Ərəbistanını ittiham edib.

Publika.az “Röyters” agentliyinə istinadən xəbər verir ki, bu bəyanatla SEPAH-ın rəhbərinin müavini Hüseyn Salami çıxış edib.

“Bu terror aktı Amerika prezidenti Donald Trampın terrorçuları dəstəkləyən köhnəpərəst liderlərlə (Səudiyyə Ərəbistanı - red.) görüşündən bir həftə sonra baş verdi. İŞİD-in məsuliyyəti üzərinə götürməsi faktı sübut edir ki, onlar bu amansız hücuma cəlb olunublar”, - iranlı general deyib.

O, bildirib ki, İran Tehranda təşkil edilən hücumlara görə qisas alacaq.

Qeyd edək ki, bu gün silahlı şəxslər Tehranda parlament binası və İran inqilabının lideri Xomeyninin türbəsinə hücum ediblər. Terror aktları nəticəsində 12 nəfər həlak olub, 42-si yaralanıb. Hücumlara görə məsuliyyəti İŞİD terror qruplaşması üzərinə götürüb.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/201724.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR