İran terror aktının arxasında hansı ölkənin dayandığını AÇIQLADI

İran terror aktının arxasında hansı ölkənin dayandığını AÇIQLADI
19:47 7 İyun 2017
116 Dünya
Ölkə mətbuatı
A- A+

İran İslam İnqilabı Keçikçiləri Korpusu (SEPAH) bu gün Tehranda törədilən terror hücumlarında Səudiyyə Ərəbistanını günahlandırıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə SEPAH-ın general-mayoru Hüseyn Selami "Mehr" agentliyinə müsahibəsində deyib.
 
O bildirib ki, İran terrorçulardan və onların dəstəkçilərindən intiqamını alacaq.
 
Bu gün İran parlamentinə və İmam Xomeyni Türbəsinə terror hücumları olub. Terror hadisələri nəticəsində 12 nəfər ölüb, 42 nəfər yaralanıb.
 
Terrora görə məsuliyyəti İŞİD üzərinə götürüb.

Mill.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/552195.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR