İran terror aktlarına görə ABŞ və Səudiyyə Ərəbistanını günahlandırıb

İran İslam İnqiliabı Keşikçiləri Korpusu (SEPAH) Tehranda baş verən terror aktlarının təşkilində ABŞ və Səudiyyə Ərəbistanını günahlandırıb.

Metbuat.az "NY Times"a istinadən bildirir ki, SEPAH-ın bəyanatında qeyd olunub:

"İranda, ABŞ prezidenti və regionda terroru daim dəstəkləyən ölkələrdən birinin başçısı arasındakı görüşdən cəmi bir həftə sonra terror aktları baş verib".

Xatırladaq ki, bu gün İran parlementində və Xomeyni türbəsində terror aktı baş verib. Nəticədə 1-i məqbərədə olmaqla, ümumilikdə 12 nəfər dünyasını dəyişib, 42 nəfər isə yaralıdır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR