Bakıda "Nağıl qəhrəmanlarının festivalı” keçiriləcək

Bakıda "Nağıl qəhrəmanlarının festivalı” keçiriləcək
20:47 7 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 7 iyun. REPORT.AZ/ Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı ilə Park Bulvar AVM də  9 iyun - Beynəlxalq Dostlar Gününü 3 günlük festivalla qeyd edəcək.
Bu barədə "Report"a teatrın mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, festival günlərində nağıl qəhrəmanları yürüşə çıxaraq ətrafdakıları “Nağıl qəhrəmanlarının festivalı”na dəvət edəcəklər. 
İlk dəfə reallaşacaq yürüş Azərbaycan Dövlət Kukla Teatrından başlayıb Dənizkənarı Bulvar ərazisindən keçməklə Park Bulvar AVM-də başa çatacaq.
Festivalın açılışı iyunun 9-da (saat 16.00) baş tutacaq. Azərbaycan Dövlət Kukla Teatrının daimi sakinlər olan müxtəlif nağıl qəhrəmanları musiqi sədaları altında dostluq çağırışları edəcəklər.
Üç gün ərzində (9, 10, 11 iyun) uşaqlar üçün nağıl qəhrəmanlarının iştirakı ilə maraqlı tədbirlər reallaşacaq, tamaşalar, konsert proqramları, müxtəlif yarışmalar keçiriləcək, qaliblərə hədiyyələr təqdim olunacaq.
Yeməklərimizə möcüzə qatan “Möcüzə” yağının dəstəyi ilə reallaşacaq rəngarəng festival çərçivəsində Dövlət Kukla Teatrının uğurlu səhnə nümunələrindən olan “Qoğal” tamaşası da nümayiş olunacaq.
İyunun 10-da Dövlət Kukla Teatrı nəzdində “Oyuq” teatr-studiyasının balaca istedadlarının təqdimatında səhnəciklər və rəngarəng konsert proqramı təqdim ediləcək.
Festivalın son günü “Oyuq”çular modelyer Könül Vəlibəylinin xüsusi olaraq festival üçün hazırladığı Azərbaycanda yaşayan milli azlıqların geyimlərindən ibarət kolleksiyasını da nümayiş etdirəcəklər.

Xəbərin orijinal ünvanı: https://report.az/i-ncesenet/bakida-nagil-qehremanlarinin-festivali-kecirilecek1

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR