Qəbələdə güllə atıcılığı üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib

Gənclər və İdman Nazirliyinin dəstəyi, “Qəbələ” Atıcılıq Klubunun və Azərbaycan Atıcılıq Federasiyasının təşkilatçılığı ilə iyunun 6-dən 14-dək Qəbələ rayonunda keçiriləcək olimpiya atıcılıq növləri üzrə Dünya Kuboku yarışlarının rəsmi açılış mərasimi keçirilib.

Heydər Əliyev Konqres Mərkəzində keçirilən mərasimdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Beynəlxalq İdman Atıcılıq Federasiyasının və 45 ölkənin atıcılıq federasiyalarının nümayəndələrinin iştirak etdiyi tədbirdə Qəbələ rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev, “Qəbələ” Atıcılıq Klubunun vitse-prezidenti Elvin İsmayılov və Beynəlxalq İdman Atıcılıq Federasiyasının məsul işçisi, atıcılıq üzrə Dünya Kuboku yarışlarının texniki direktoru Piter Anderhel çıxış edib.

Qeyd edək ki, Dünya Kuboku yarışlarında iştirak etmək üçün Qəbələyə 45 ölkədən 700-ə yaxın idmançı gəlib. Beynəlxalq yarışa iyunun 8-də start veriləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR