“SSRİ mövcud deyil...” - Konqresə nüvə silahları barədə ÇAĞIRIŞ

“SSRİ mövcud deyil...” - Konqresə nüvə silahları barədə ÇAĞIRIŞ
20:53 7 İyun 2017
93 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-da nüvə silahlarına çəkilən xərclərin 100 milyard dollar azaldılması təklif edilib.

Publika.az “Röyters” agentliyinə istinadən xəbər verir ki, demokrat senatorlar Ed Marki və Erl Blyumenauer ABŞ Konqresinin müzakirəsinə nüvə silahlanmasına ayrılan vəsaitin 100 milyard dollar azaldılması haqqında qanun layihəsini daxil ediblər.

Qanun layihəsinin müəlliflərinin fikrincə, müdafiə xərclərinin ixtisarı onların faydasız olması səbəbindən lazımdır.

“1989-cu ildə Berlin divarı dağıdıldı. Sovet İttifaqı daha mövcud deyil. “Soyuq müharibə” başa çatıb. ABŞ-ın hərbi maraqlarına təhdidlərin xarakteri dəyişib. Bununla belə, Birləşmiş Ştatlar “soyuq müharibə”dən sonra qalmış nüvə silahı və çatdırılma vasitələrinin böyük və bahalı arsenalını saxlamaqda davam edir”, - qanun layihəsində deyilir.

2017-2016-cı illərdə ABŞ-ın nüvə silahlarının yenilənməsinə təxminən 400 milyard dolların xərclənməsi planlaşdırılır. Qanun layihəsində qeyd edilir ki, ABŞ nüvə hərbi yüklərinin sayını 30 faiz azaldaraq 100 milyard dollar qənaət etməlidir.

Ömər


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/201729.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR