"Qatar Airways"in Qahirə hava limanındakı ofisləri bağlanıb, əməkdaşlarının vəsiqələri geri alınıb

"Qatar Airways"in Qahirə hava limanındakı ofisləri bağlanıb, əməkdaşlarının vəsiqələri geri alınıb
21:02 7 İyun 2017
65 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 7 iyun. REPORT.AZ/ Qahirə hava limanı ərazisində fəaliyyət göstərən Qətərin "Qatar Airways" şirkətinə məxsus ofislər bağlanıb. 
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, qərar paytaxt hava limanının rəhbərliyi tərəfindən verilib.
Hava limanından bildirilib ki, terminalda Qətər şirkətinin satış ofislərinin fəaliyyəti dayandırılıb, əməkdaşların vəsiqələri və xidməti zonaya keçidə icazə verən sənədlər geri alınıb. Milliyyətindən asılı olmayaraq personalın hava limanı zonasına girişi qadağan edilib.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/qatar-airways-in-qahire-hava-limanindaki-ofisleri-baglanib-emekdaslarinin-vesiqeleri-geri-alinib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR