Tanınmış aktrisa göz yaşı tökdü: "Heç bir anaya..." - FOTO

Tanınmış aktrisa göz yaşı tökdü: "Heç bir anaya..." - FOTO
21:17 7 İyun 2017
Ölkə mətbuatı
A- A+

Tanınmış aktrisa Mətanət Eres "Arzuların son uçuşu" adlı filmdə çəkilib. Filmdəki rolundan danışarkən göz yaşlarını saxlaya bilməyən aktrisa müsahibə zamanı çətin anlar yaşayıb.

"Bu günlərdə rejissor Pəyyam Rafiqoğlunun "Arzuların son uçuşu" filmində çəkildim. Filmdə məndən başqa Vidadi Quliyev, Sevinc Tofiqqızı, Elçin Əfəndi və Mehdi Abdullayev çəkilib. Film qan xərçəngi olan bir uşağın taleyi haqqındadır. Filmdə uşağın anası rolundayam. Həkimin bütün cəhdlərinə baxmayaraq uşağı itiririk. Çox istərdim ki, sevdiklərimizin, əzizlərimizin qədrini həmişə bilək, onları gözlənilmədən itirə bilərik. Filmin çəkilişləri zamanı çox ağladım, çox kövrəldim (ağlayır). Allah hamının balasını saxlasın, heç bir anaya övladının pis gününü nəsib etməsin", - deyə aktrisa bildirib.

Əli Rəhimoğlu

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/551810.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR