“Təhsil haqqında” qanunda dəyişiklik ediləcək?

“Təhsil haqqında” qanunda dəyişiklik ediləcək?
21:18 7 İyun 2017
109 Ölkə
Ölkə mətbuatı
A- A+

Elm və təhsil komitəsində “Təhsil haqqında” qanunda dəyişikliklər edilməsi barədə məsələyə baxıldı.

Milli Məclisdən Publika.az-a verilən məlumata görə, sənəddə ölkədə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsində birillik ödənişli hazırlıq qruplarının təşkili nəzərdə tutulur.

İclasda qanun layihəsini Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli təqdim edib. Bildirilib ki, Azərbaycanda elm və təhsil sahəsində ardıcıl islahatların həyata keçirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Bu gün müzakirəyə çıxarılan sənəd ölkənin ali təhsil sistemində bakalavriat səviyyəsində birillik ödənişli hazırlıq qruplarının təşkilini nəzərdə tutur. Məqsəd ölkəmizdə ali məktəblərə qəbul oluna bilməyən gənclərin xaricə axınının qarşısını almaq və bilik səviyyəsinin artırılmasına yardım etməkdir. Layihəyə görə, həmin hazırlıq qruplarında tədrisin sonunda keçirilən buraxılış imtahanlarında müvəffəqiyyət qazanan tələbələr ali təhsil müəssisələrinin birinci kursuna qəbul olunacaqlar.

Fikir plüralizmi şəraitində keçən müzakirə zamanı deputatlar rəy və təkliflərini diqqətə çatdırıblar.

Yekunda “Təhsil haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/bilik/201731.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR