Salyanda baş vermiş yol qəzasında bir ailənin üç üzvü xəsarət alıb

Salyanda baş vermiş yol qəzasında bir ailənin üç üzvü xəsarət alıb
21:42 7 İyun 2017
69 Ölkə
Ölkə mətbuatı
A- A+

Salyan. 7 iyun. REPORT.AZ/ Salyan rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
“Report”un Aran bürosu xəbər verir ki, hadisə axşam saatlarında rayonun Parçaxalac kəndi ərazisində qeydə alınıb.
Belə ki, iki minik avtomobilinin toqquşması nəticəsində Şirvan şəhər sakinləri - 63 yaşlı Vilayət Musarza oğlu Həsənov, onun arvadı 58 yaşlı Cənnət İzzət qızı Həsənova və onların nəvəsi 5 yaşlı Rauf Samir oğlu Əliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Xəsarət alanlar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/salyanda-bas-vermis-yol-qezasinda-bir-ailenin-uc-uzvu-xesaret-alib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR