Kavani "Barselona" ilə tarixi oyunu yenə xatırlayıb

Kavani "Barselona" ilə tarixi oyunu yenə xatırlayıb
22:47 7 İyun 2017
96 İdman
Ölkə mətbuatı
A- A+

PSG-nin hücumçusu Edinson Kavani ötən mövsüm Çempionlar Liqasının 1/8 final mərhələsində "Barselona"ya tarixi məğlubiyyətini xatırlayıb. Milli.Az goal.az-a istinadən xəbər verir ki, uruqvaylı forvard oyunun referisini tənqid edib.

"Yaxşı oynadıq, turnirdə mübarizəni dayandırmağa layiq deyildik. Futbolda normal hesab edilməyən hadisələr baş verdi. Bu, izaholunmaz və ədalətsiz hadisələr idi. Həmin oyun klubun tarixinə düşdü, onu unutmayacağıq. Oyunun videosuna baxın. Hakim səhvlərini təkcə mən demirəm. Mən qol vuranda başa düşdüm ki, "Barselona" irəli atılıb geridə boş sahələr buraxacaq. Hesab 3:1 olanda heç kim matçın axarının kəskin dəyişəcəyini gözləmirdi. Baş verənləri ədalətsizlik kimi qiymətləndirirəm".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/552132.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR